Daxili İşlər Nazirliyinin rəsmi saytından xəbər verilir ki, Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulub.
Faktla bağlı araşdırma aparılır. (femida.az)
İnterpress.az