İnterpress.az Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan 2 otaqlı və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 90 m2 evdə yanğın baş verib.
Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanaraq kül olub. Qonşu evin dam örtüyünün isə 2 kvadrat metr hissəsi yanıb.
Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğın kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kifayət Sabir qızı Nəsirovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:27-də söndürülüb.
İnterpress.az