İnterpress.az. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, avqustun 14-də saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində qəsəbə sakini İslam Məhərrəmov idarə etdiyi motosikletlə yolu keçən həmyerlisi Naifə Tapdıq qızı Həsənovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada avqustun 15-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az