Sevgilisini öldürüb həyətində basdırdı – DƏHŞƏT – YENİLƏNİBbackend

Sevgilisini öldürüb həyətində basdırdı – DƏHŞƏT – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu Altay Həsənov tərəfindən öldürülən Yasəmən Novruzovanın hamilə olduğu açıqlanıb.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə imiş.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. A.Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.

***

Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( report.az )

İnterpress.az