Bağırsaq çöpünün artması məişət problemi ilə bağlıdırbackend

Bağırsaq çöpünün artması məişət problemi ilə bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az -a Respublika Gigiyena və Epidemologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Azərbaycanda son illər Hebatit-A xəstəliyi, yəni su və tamas yolu ilə yayılan xəstəliklərdə azalma müşahidə olunur. Bu da suyun təmizlənməsi, içməli suya nəzarət sahəsində görülən işlərlə bağlıdır:
“Su ilə yayılan infeksiyalar uzun illərdir ki, qeydə alınmır. Həm virus ideologiyalı, həm də bağırsaq xarakterli infeksiya artması qeydə alınmayıb. Uzun illərdir ki, Azərbaycanda qarın yatalağı parativlər, su ilə yayılan digər bağırsaq infeksiyaları hazırda yoxdur. Amma mövsumi olaraq, bağırsaq infeksiyaları ötən aylarla müqayisədə xüsusən də uşaqlar arasında nisbətən artıb . Bu əsasən məişət şəraitində yoluxma ilə baş verir. Bütün xəstəlik hadisələri seporadik olaraq qeydə alınır. Bir-biri ilə əlaqələli deyil. Məişətdə analar tərəfindən uşaqların qidalanmasında gigiyenik qaydaların pozulmasıdır. Uşaqların yeməkləri düzgün şəraitdə saxlanılmır. Uşaqlarda bağırsaq çöpü xəstəliklərin artması, məişət problemi səbəbləri ilə əlaqəlidir. Bağırsaq çöpü xəstəliklərin artması, məişət problemi ilə bağlıdır\”-deyə əlavə olunub.

Gülşanə Mustafayeva
İnterpress.az