İsrail hökuməti israilli xüsusi təyinatlılar tərəfindən Mavi Mərmərə gəmisində öldürülən 9 türk vətəndaşı üçün 20 milyon dollar təzminat verəcək və Mavi Mərmərə hadisəsi bağlanacaq.
Ömürlük həbs cəzası istənilən 4 israilli komandirin məhkəməsi ləğv ediləcək.
Türkiyə mətbuatı xəbər verir ki, TBMM-də ələ alınan razılaşmaya görə, İsrail 20 milyon dolları Mavi Mərmərə gəmisində zərər görən vətəndaşların ailəsinə ödəyəcək.
Ödəmə İsrail tərəfindən 25 gün içində olacaq. Göndərilən təzminatın kimə nə qədər veriləcəyinə Türkiyə hökuməti qərar verəcək.
İnterpress.az