İnterpress.az \”Ria Novosti\”-yə istinadən xəbər verir ki, bu yaxınlarda Dağıstanda fəaliyyət göstərən \”Hüquqi Təşəbbüs\” fondunda yerli qadın sakinlərinin sünnət olunması haqqında diskussiya aparılıb.
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev qadınları sünnət etməyin vacibliyini vurğulayıb.
“Ölkəmizdə seksuallığı, kefcilliyi ortadan götürmək üçün, rahat və stabil həyatımız üçün mütləq şəkildə qadınlar sünnət olunmalıdır.Yer kürəsində əxlaqsızlıq olmasın və şəhvaniyyət azalsın”, – müfti deyib. O, həmçinin vurqulayıb ki, hal-hazırda Dağıstanın bəzi bölgələrində bu proses tətbiq olunur. Eyni zamanda İslam qanunlarına görə qadınların sünnət olunması qadağandır. Lakin qadınların seksuallığını azaltmaq üçün bu prosedur gerçəkləşməlidir. Bu bütün qadınlara şamil olunmalıdır. Tanrı qadını uşaq dünyaya gətirmək və onu yaxşı tərbiyə etmək üçün yaradıb. Sünnət olan qadın ana ola bilər, bu proses ona mane olmayacaq”.- Berdiyev deyib.
Qadınların hüququnu qoruyan \”Hüquqi Təşəbbüs\” fondunun rəsmi saytında Dağıstanda qadınların sünnəti ilə bağlı geniş məqalə dərc olunub. Məqalədə əməlliyat olunmuş qadınlardan, həkimlərdən və eləcə də şahidlərdən geniş reportaj götürülüb. Əməliyyat olunmuş qadınların bu prosesdən sonra onların seksual istəyi azalmış, hissiyatları zəifləmiş, ümümiyyətlə həyatın bütün gözəlliklərinə qarşı biganə olduğunu söyləyiblər.
Onu da qeyd edək ki, qadın sünnəti Dağıstanın ucqar kəndlərində hal-hazırda 3 yaşından 12 yaşa qədər qızlar arasında tətbiq edilir.
Fondun hesabatında qeyd olunur ki, bu proses qadınların huquqlarının əlindən alınması, zorakılıq, ayrı-seçkilik və diskriminasiya formasında təmsil olunur.
Məqalədə qeyd olunur ki, qadın sünnəti nadir hallarda xəstəxanalarda baş verir.
Daha çox evdə antisanitariya şəraitində olur. Əməliyyatdan sonra təbii ki iltihab, qanaxma kimi proseslər qızların həyatını təhlükəyə atır.
Bundan başqa qadınların əməlliyatı zamanı və sonradan yaşadıqları stres, qorxu, ağrı və həyacan onların ömürlük yaddaşlarına həkk olur və psixoloji travma alırlar.
İnterpress.az