İnterpress.az \”Hürriyət\”-ə istinadən xəbər verir ki, ABŞ-ın New York şəhərində, Pakistan əsilli müsəlman bir şagirdin ailəsi, məktəb idarəçilərinin 12 yaşındakı uşağa zorla \”işidi üzvü teroristəm\” dedirdikləri iddiasıyla 25 milyon dollarlıq təzminat iddiası açıb.
ABŞ mediasında yer verilən xəbərlərə görə, Long Island\’daki EAST İSLİP Orta Məktəbdə təhsil alan Pakistan əslli Nashvan Uppal, yanvar ayında məktəb yoldaşlarının Müsəlman olduğu üçün \”terrorist\” demələri və ona əziyyət etmələri üzərinə məktəb rəhbərliyinə müraciət edib.
İdarəçilərin, uşağa zorla \”işidi üzvü terroristəm və məktəb divarlarından bombayla havaya uçurma planlaşdırırıq\” deyə verilən ifadə qarşıya qoyuldu. Bu ifadə üzərinə polis, uşağın evində axtarış etdi.
Evdə hər hansı bir cinayət ünsürü olmamasına baxmayaraq uşağın bir həftə məktəbdən uzaqlaşdırıldığı ifadə edildi.
Uşağın ailəsi, məktəbə təzminat iddiası açdı. İddia müraciətində, uşağı ifadə verməyə məcbur edən idarəçilərin, John Dolan, Mark Bernard və Jason Stanton olduğu bildirildi.
Ailənin vəkili David Antvork, bu tətbiqdən uşağın psixi travma aldığını, alçaldığını və işləmədiyi bir günahı \”etiraf etmək məcburiyyətində qaldığını\” müdafiəsini etdi.
Məktəb səlahiyyətliləri isə mövzunun mühakiməyə daşındığını ifadə edərək, şərh etməkdən imtina etdi.
İnterpress.az