İnterpress.az \”Hürriyət\”-ə istinadən xəbər verir ki, Malatya yolu üzərindəki, Sürsürü Mahallesi Çayda Çıraq qovşağında yerləşən Elazığ Təhlükəsizlik Müdirliyinə hücum saat 09.20\’da başladı.
Terroristlər bomba yüklü maşınlarla şəhər mərkəzinə 6 kilometr uzaqlıqda olan 4 mərtəbəli Təhlükəsizlik Müdirliyinin yanındakı avtoparka gedən yolda partlayış ediblər.
Qulaqları kar edən partlayış səsləri Təhlükəsizlik Müdirliyi binasına böyük ziyan vurub, ağaclar köklərindən çıxıb, yerdə böyük bir çuxur meydana gəlib.
Silah səslərinin eşidildiyi yerlərə yaralılar üçün çox sayda təcili yardım sövq edilib. Xəstəxanalara qaldırılan yaralılar üçün qan Anonsları edilib.
Partlamanın meydana gəldiyi bölgə təhlükəsizlik əhatəsinə alınıb, hücumu həyata keçirən terroristlərin tutulması üçün əməliyyat başladılıb.
İnterpress.azhttps://youtube.com/watch?v=T_MOEpdyq2U