İnterpress.az \”Gül.-Gün.\” müəssisəsinin sahibkarı – Niyazov Niyaz Novruz oğlunun şikayətini olduğu kimi dərc edib.
Hacıyev Vilyam Fəxrəli oğlu əvvəllər Gəncə Hava Limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir pisliyim keçməyib.Onunla insani münasibətimiz tam normal olub.Nədənsə,Gəncə Hava Limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibkarı olduğum \”Gül.-Gün.\” sahibkar müəssisəsinə düşmən kəsildi:
“Əlində heç bir əsası olmadan həqiqəti əks etdirməyən məktub yazıb yuxarı dövlət orqanlarına şikayət edib ki, müəssisə tikdiyim torpaq sahəsinin sənətləri yoxdur. Əslində isə belə olub:. Gəncə Hava Limanın yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə Aireport Kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim.Bu da mümkün olmadı. Elə həmin vaxt Xanlar rayon İHB-ı Vilyam Hacıyev həqiqəti əks etdirməyən məktub yazaraq Azərbaycan Hava Yollarının rəhbərliyinə göndərdi. Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb. Nəzərinizə çatdırım ki,Hacıyev Vilyam bunu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmayıb. Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə haqsızlıq edirsən: Hacıyev Vilyam sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki,bu belə olmalıdır. Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi mənə cavab yolladı ki, guya sənədlərim qaydasında olmadığı üçün kompensasiya ala bilmərəm. Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi. Ona görə ki, kompensasiya ala bilməməyimdən tam narazı qalmışdım. Narazılıq olan işi bir məktubla həll etmirlər. Elə həmin vaxt elə bil iy bilirlər kimi Gəncənin bu işlə məşğul olan bir neçə qrupları hava limanında gözləyirdilər.Vəziyyətdən belə anlamaq olur ki,həmin qruplara bu işlər barədə məlumat vermişdilər . Rədd cavabını alandan sonra o zaman külli miqdarda – 400 min manat pul xərclədiyim müəssisəmin tikililərini dəyər. DƏYƏR_DƏYMƏZİNƏ(qəpik-quruşa)satmağa məcbur qaldım. Ona görə ki, Gəncə Hava Limanının direktoru tələb edir ki,obyekti təcili yığışdırmalısan.Cahangir müəllim deyir ki,yoxsa bulduzerin ağzına veriləcək. Mənim müəssisəmin tikililərinin belə hallara düşməsində birbaşa olaraq Hacıyev Vilyam və onun havadarlarıdır”.
İnterpress.az