Sentyabr ayında keçiriləcək 42-ci Şahmat Olimpiadası ərəfəsində şəhərdə fəaliyyət göstərən xüsusi şahmat mövzusunda tərtib edilmiş dizayna malik avtobuslar yerli əhalini, həmçinin xarici qonaqları Bakının ən mənzərəli məkanlarına aparacaq.
Bundan əlavə sərnişinlər müxtəlif şahmatla bağlı tədbirlərdə iştirak edə biləcəklər. Avtobuslar sentyabr ayının 14-ə qədər fəaliyyət göstərəcək.
Bu gün saat 17-də Hökümət Evinin qarşısında \”şahmat avtobus\”unun təqdimatı olacaq. Tədbirdə Azərbaycan yığmasının üzvləri, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmiləri və könüllülər iştirak edəcək.
İnterpress.az