Nənə nəvəsini doğacaqbackend

Nənə nəvəsini doğacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun dediyinə görə, həkimlərin məsləhətindən sonra belə edib.
Mişel Herndenin oğlu, 27 yaşlı Den Koyper və onun qeyri-rəsmi nikahda olduğu xanımı, 25 yaşlı Kiya ilk övladlarını itirmişdilər. Kiyanın hamiləliyi yarımçıq başa çatmışdı. 620 qram çəki ilə doğulmuş qız 5 ay sonra vəfat etmişdi.

Kiyanın boşandığı ərindən Heyli adlı qızı vardı. Lakin Kiya yenə ana olmaq istəyir. 9 övlad anası, 3 nəvənin nənəsi olan Mişelin sözlərinə görə, həkimlər Kiyanın arzularını puç ediblər: \”Onlar dedilər ki, Kiya hamilə qalarsa, yenə də övladı ölü doğulacaq.

Yəni hamiləlik çox ağır keçəcək. Ona görə surroqat anadan yararlanmağı məsləhət bildilər. Mən oğlumun övladı üçün surroqat ana olmağa, oğlumun övladını doğmağa razılıq verdim. Süni mayalanma ilə hamilə qaldım. Hamiləliyim normal keçir, uşağı doğacağam. Bu uşaq həm oğlum, həm də nəvəm olacaq\”.

Mişel Hernden 25 yaşlı Dan, 23 yaşlı Luka, 22 yaşlı Coş, 19 yaşlı Bleyk, 18 yaşlı Alisiya, 13 yaşlı Keytlin, 12 yaşlı Brayden və 2 yaşlı Brekstonun anası, iki qızın nənəsidir.
M.Hernden indi İVF əməliyyatı üçün pul toplayır.

\”Oğlumun maaşı azdır. Üstəlik, onun avtomobil və ipoteka kreditləri olduğundan əməliyyat üçün pulları yoxdur. İmkanlı şəxslərin əməliyyat üçün yardım etmələrini arzulayıram\”, – M.Hernden Facebook profilində yazıb.

İnterpress.az