Almaniya Federativ Respublikasının rəhbəri Tomas Mezyer ölkədə müsəlman xanımların burka geyinməyə qismən qadağa qoyulmasının tərəfdarıdır.
“Biz bu təklifi hüquqiləşdirmək istəyindəyik. Cəmiyyətimizdə lazım olan yerlərdə: vergi, dövlət müəssisələrində, VVAQ-da, məktəb və universitetlərdə, dövlət xidmətində və məhkəmədə üz görünməlidir”, – Mezyer ZDF telekanalının birbaşa efirində bildirib.
Nazir əlavə edib ki, üzü örtən çadra bizim açıq ölkəmizə uyğun deyil.
Burka – müsəlman ölkələrində bütün bədəni və üzü örtən yalnız gözlər üçün dar kəsik olan qadın geyimidir. (mir.az)
İnterpress.az