Türkiyə KİV xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bununla belə Ankara bəyan edib ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə bir fikir formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır”,-deyə o bildirib.
Nazir əlavə edib ki, Türkiyə əvvəl olduğu kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.
İnterpress.az