Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 26-da saat 10:30-da Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Interpress.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Goranboy, Naftalan, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Interpress.az