Rio-2016: Cəmaləddin Məhəmmədov 1/8 finalda məğlub olubbackend

Rio-2016: Cəmaləddin Məhəmmədov 1/8 finalda məğlub olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevlə münasibətlərinə aydınlıq gətirib. İlk hissəni cərimə xalı hesabına öndə tamamlayan güləşçimiz ikinci hissədə fəallığı artıraraq, daha 4 xal əldə edib. Lakin Cəmaləddin 5:0-lıq üstünlüyü sona qədər qoruya bilməyib. Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finala qədər irəliləməsini gözləməlidi.

Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.

İnterpress.az