Həmədan ruslara verildibackend

Həmədan ruslara verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”-yə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Dəqxan ölkəsinin mətbuatına açıqlamasında danışıb. O, qeyd edib: “Həmədan aerodromu rusiyalı pilotların sərəncamına verilib. Məqsəd Suriyada radikal dini terrorçulara qarşı mübarizəni gücləndirməkdir”-deyə bildirən iranlı güc naziri bunu İranın milli təhlükəsizlik şurasının Rusiya ilə strateji əməkdaşlığı çərçivəsində etdiklərini deyib.

Xatırladaq ki, Rusiyanın Tu-22 bombardmançı təyyarələri, eləcə də Su-34 qırıcıları “Həmədan” aerodromundan havalanaraq Suriyada terrorçulara məxsus hərbi ambarları, komanda mərkəzlərini, texnika və canlı qüvvələrini məhv edir.

İnterpress.az