Bu barədə jurnalistlərə onun vəkili Aqil Lahıcov məlumat verib. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs maşınında Fətullah Gülənlə bağlı nəşrlər və disklər aşkar edildikdən sonra Nərimanov RPİ-nin Müvəqqəti saxlanma təcridxanasına aparılıb: “Ona qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (Milli, irqi və ya dini nifrət və düşmənçiliyə təhrik) üzrə ittiham irıli sürülüb”.Xatırladaq ki, F.Əmirli dünən Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsində Fətullah Gülən tərəfdarlarının işi üzrə şahid qismində dindirilmişdi. (virtualaz.org)
İnterpress.az