İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, 1978-ci il təv Ələkbərov Ramin Raqif oğlu Səbail RPİ-nə ərizə ilə müraciət edərək bildirib ki, bu ilin feyral ayının 17-də uzdən tanıdığı qızıl alveri ilə məşgul olan Gülər, Günay və Humay adlı şəxslərə Azərbaycan pr-ti 10-da yerləşən MUM ticarət mərkəzində 27000 AZN dəyəri olan qızıl zinət əşyalarını borc verib.
Lakin həmin şəxslər bu günədək pulu və ya qızıl zinət əşyalarını qaytarmayıb. Araşdırma aparılır.
İnterpress.az