86 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi polşalı Radoslav Baran olub.
Birinci hissə Azərbaycan güləşçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Xetaq Qazyumov rəqibə fənd tətbiq edərək daha 2 xal qazanıb və ümumi hesabda 3:0 qalib gəlib.
1/8 finalda onun rəqibi Məhəmməd Əli Reza Yazdani (İran) – İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi olacaq. (report)
İnterpress.az