X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.
O, səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.
Xetaq Qazyumov dörddəbir finalda özbəkistanlı Maqomed İbrahimovu 10:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.
Azərbaycan güləşçisinin yarımfinal mərhələsində rəqibi ukraynalı Valeri Anditsev olub. X. Qazyumov qalib gələrək finala çıxıb.
İnterpress.az