İnterpress.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yazıb.
Onun sözlərinə görə, Ukrayna idmançılarının bu il Rio Olimpiadasında göstərdikləri nəticə bərbad vəziyyətdədir:
“Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka və digər ölkələr qabaqladılar. Bir çox ölkələr ərazisinə və potensialına görə Ukraynadan geri qalırlar. Ukraynadan 10 dəfə kiçik olan Gürcüstanın belə medal sayı bizimlə eynidir. Ən gülməlisi isə odur ki, bizim nəticələrimiz Ukraynanın böyük idman potensialını zərrəcə əks etdirmir”.
Qeyd edək ki, Ukrayna Rio Olimpiadasında qazandığı medal sayına görə (11 medal) 31-ci yeri tutub. Bu, ölkənin son 20 ildə ən zəif göstəricisi hesab edilir.
İnterpress.az