İnterpress.az \”Tass\”agentliyinə istinadən xəbər verir ki, yol patrulu “Volvo” markalı avtomobili sürət rejimini pozduğuna görə saxlamaq istəyib.
Sükan arxasında olan sürücü, 29 yaşlı Deniyel Harris lal-kar olduğuna görə polis sirenasını eşitməyib və yoluna davam edib. Polisin sürücünü təqib etməsi avtomobillərin toqquşması ilə nəticələnib. Bundan sonra polis əməkdaşı avtomobildən düşən və işarələrlə danışmağa cəhd edən D.Harrisə atəş açıb.
Faciə ilə üzləşən Harrisin ailəsi İnternet səhifəsində dəfn üçün vəsait toplanmasına yardım istəyib.
Hal-hazırda Harrisin dəfni üçün $ 5 min toplanıb.
İnterpress.az