O, 1999-2011-ci illərdə Sinqapur Respublikasının ən uzunmüddətli dövlət başçısı olub. Bu barədə ölkənin Baş nazirin dəftərxanası məlumat yayıb.
Məlumatda deyilir: “Hökumətin başçısı və üzvləri adından vəfat edənin ailəsinə başsağlığı veririk”. 92 yaşlı S.Ramanatan iyulun sonlarında insultdan sonra ağır vəziyyətdə yerli xəstəxanaya yerləşdirilmişdi.
S.Ramanatan Sinqapurun ümumi seçkilər yolu ilə seçilən ikinci, ümumilikdə isə altıncı prezidenti olub. Buna qədər müxtəlif vəzifələrdə çalışan S.Ramanatan xüsusi xidmət orqanlarında, Xarici İşlər Nazirliyində işləyib, həmçinin Malayziyanın ABŞ-da səfiri olub. (azərtac)
İnterpress.az