Biskivit üçün:
170 qram un
40 qram kərə yağı
25 qram kakao
170 qram şəkər tozu
8 ədəd yumurta
Krem üçün:
300 qram qatılaşdırılmış süd
5 ədəd yumurta sarısı
150 ml su
340 qram kərə yağı
45 qram kakao
5 qram vanil
500 ml sirop
Biskvitin hazırlanması:
Yumurta şəkər tozu ilə çırpılır.
Un kakao ilə qarışdırılır, üzərinə çalınmış yumurtalı şəkər əlavə edilir, qarışdırılır. Üzərinə yumşaldılmış kərə yağı qatılıb, yenidən qarışdırılır.
Biskivit 30-40 dəqiqə ərzində 180*C-də bişirilir. Soyuduqdan sonra 3 hissəyə bölünür.
Qatılaşdırılmış süd, yumurta sarısı, sirop, vanil zəif odun üzərində, su hamamında 3-5 dəqiqə bişirilir. Krem hazırlamaq üçün yağ çalınır, kakao və vanil əlavə edilir, soyudulmuş bişmə krem az-az yağa əlavə edilib yaxşı çalınır. Krem soyuducuya qoyulur.
Sirop hazırlamaq üçün 250 ml şəklər tozu və 250 qram su ilə qarışdırılır, azca konyaq əlavə edilir.
Sirop korjlara çəkilir, aralarına krem yayılır.
Tort zövqə görə bəzədilir.
İnterpress.az