Yarışla bağlı açıqlama verən Azərbaycan Fight Club Federasiyasının prezidenti Şəhriyar Abbasov, bununla bağlı onlara dəvət gəlmədiyini deyib: \”Biz həmin yarışda iştirak etməyəcəyik. Amma həmin təşkilatın dəstəyi ilə Azərbaycanda ilin sonuna kimi \”Fight nigth\” ın yarışı keçiriləcək\”.
Onun sözlərinə görə, oktyabrın 1-də Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunacaq yarışda Bəxtiyar Abbasov döyüşəcək. Moskvada 8 oktyabrda keçiriləcək növbəti belə yarışda isə idmançımız Elmar İbrahimov öz qüvvəsini sınayacaq.
\”Biz çalışırıq ki, noyabr-dekabr ayında möhtəşəm finallar Azərbaycanda keçirilsin. Ən güclü idmançılarımızdan olan Nəriman Abbasov həmin yarışda çempionluq kəməri uğrunda mübarizə aparacaq\” – Federasiya prezidenti bildirib.
Ş. Abbasov Azərbaycanda keçiriləcək yarışda ermənilərin iştirak etməyəcəyini dilə gətirib: \”Ermənilərin Bakıya gəlməsi qeyri-mümkündür. Hətta nəinki idmançı, heç hakimin də gəlib döyüşlərə qatılmasına bir klubun rəhbəri olaraq imkan vermərəm\”.
O, maraqli açıqlama da verib: \”Gələcəkdə nəzərdə tutulub ki, erməni idmançı David Xaçatriyan ilə azərbaycanlı Nəriman Abbasov arasında döyüş olsun. Onlar MMA-da ən güclü idmançılar olduqlarından, bütün dünya arenaları üçün maraq dairəsindədirlər. Bu baxımdan gec-tez iki idmançı görüşməli olacaq\”. (milli.az)
İnterpress.az