Bu barədə “СNN Turk” telekanalı məlumat yayıb.
Bundan əvvəl Qaraqamış rayonu Suriyanın şimalındakı Carablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Qaraqamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.
Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub.
Interpress.az