APA-nın cənub bürosunun məlumatına görə, meyit bu gün saat 08.50 radələrində sahildən 150 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, avqustun 23-də axşam saatlarında Xəzər dənizinin rayonun Sütəmurdov kəndinə yaxın ərazisində boğulma faktı qeydə alınıb.
Cəlilabad rayon sakini, 24 yaşlı Əli İltifat oğlu Əzimov dənizdə çimərkən batıb. Axtarışlara FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Lakin hava qaranlıq olduğundan Əli Əzimovun cəsədinin həmin gün sudan tapılması mümkün olmayıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
İnterpress.az