Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusu seçilib. UEFA-nın sorğusuna əsasən bu ada 3 namizəd var idi – Antuan Qrizman, Kriştianu Ronaldu və Qaret Beyl. Yekun səsverməyə əsasən \”Real Madrid\” və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu Avropada 2015-2016 illər mövsümünün ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Azərbaycanı bu səsvermədə CBC Sport-un redaktoru Rasim Mövsümzadə təmsil edib.(cbcsport)
İnterpress.az