Avropanın mərkəzində vəhşilik:13 yaşındakı qızlarla evlənirlər?backend

Avropanın mərkəzində vəhşilik:13 yaşındakı qızlarla evlənirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, mafia dəstəsi öz qədim adət-ənənələrinə qayıdıb. Belə ki, adətə görə, mafia başçısı əvvəlcədən özünə 13-15 yaşlı evlənəcəyi qızı seçir. Qız uşağı yetkinlik yaşına çatanadək atası evində yaşayır, daha sonra o quldur dəstəsinin başçısına ərə getməli olur. Bəzi hallarda qızlara hətta məktəbə getmək qadağası da qoyulur. Polisə bu məlumatı bu yaxınlarda atası evindən və “mafia-kürəkəndən” qaçmağı bacarmış 15 yaşlı Marianna xəbər verib.
“Mənim ailəm İtaliyanın cənubunda yaşayır. Orada hamı bir-birini tanıyır. Atamın kiçik bir dukanı var və bir çoxları kimi o da, öz mallarını mafia ilə paylaşmaq və satmaq məcburiyyətindədir. Əks halda onun işi əlindən alınacaq və intiqam alınaraq başına min oyun gələcək.” – deyə Marianna bildirib.

Qızın dediklərinə görə evdən qaçmağı ona baha başa gələcək. Çünki qaydaya görə qız öz dostları ilə görüşürsə, əlaqə saxlayırsa və yaxudda evdən kənarlaşırsa onu doğma qardaşı və ya atası mütləq şəkildə öldürməlidi. Marianna bunu da qeyd edib ki: “Mənimlə evlənəcək olan mafia başçısı məndən 25 yaş böyük idi. Mən onun xoşuna lap kiçik yaşda olanda gəlmişdim. O zaman heçnə başa düşmürdüm, məndən heç soruşanda yox idi ki, o mənim ürəyimcədir yoxsa yox. Atamı başa düşürəm, etiraz ettiyi zaman başı “üzüləcəkdir.

Hal-hazırda Kalabrida adətlər bir qədər dəyişilib. Qızların məktəbə getməsi artıq icazəlidir.
“Mənimlə evlənəcək kişinin zərrə qədər də mərhəməti yox idi. 13 yaşından mən evdə oturdum. Məktəbə getməyə qadağa qoydu. Mən evdən çölə çıxmır, yalnız anama ev işlərində kömək edirdim. Bütün dostlarımla əlaqənə kəsdim. Hava almaq, kinoya, əyləncə mərkəzinə getmək haqqında söz ola bilməz. Hər addımım izlənirdi. Evdən qaçmağıma görə Allaha şükür edirəm. Düşünürəm ki, o mənə axıracan kömək edəcək. “Namussuz” damğası adı altında ölmək istəmirəm, amma atam bunu etmək məcburiyyətindədir, çünki mənə artıq bu damğa vurulub, əks halda bütün ailəm məhv olacaq”.
Qeyd edək ki hadisə ilə bağlı yerli polis araşdırma aparır.

İnterpress.az