Onlar bu gündən işə çıxmağa başlayıblar. Baxmayaraq ki, yeni dərs ilinin başlanmasına hələ 15-16 gün vaxt qalır. Hazırda yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılır.
Xatırladaq ki, bu il Azərbaycanın ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında da dəyişiklik edilib. Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti iyulun 1-dən verilmişdi.
Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq yay tətili dövründə verilir.
Interpress.az