“İstəmirdim onun adı belə cılız olaylarda səslənsin”backend

“İstəmirdim onun adı belə cılız olaylarda səslənsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarnı vicdanından qabağa olan bəzi media işçilərindın soruşuram, bu yollarla qazandığınız boğazınızdan necə keçir? İkiüzlülük, reytinq xətrinə qazanc əldə edib, böhtan yazaraq ailəni dolandırmaq yeganə yoldur?!”

Moderator.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova onun adından SSRİ xalq artisti Zeynəb Xanlarova ilə bağlı xoşagəlməz ifadələr yazmış media işçilərinə ünvanlayıb.

Flora Kərimova daha sonra bunları bildirib:
“Mənim kiməsə müsahibə vermək fikrim yox idi. Qalmaqallı müsahibəni dərc edən saytın əməkdaşları bir ay mənə zəng edib xahiş etdikdən sonra axırda onları bağda qəbul etdim. Onlardan xahiş etdim ki, yazını mən oxumamış dərc olunmağa verməyin. Çünki orada Heydər Əliyevə, iqtidara yaltaqlıq edib, sonra ona olan sədaqətsizlikdən söz getmişdi. Heydər Əliyev elə bir insandır ki, istəmirdim onu adı belə cılız olaylarda səslənsin. Bu haqda saytın özü də düşünməli idi ki, onun adı belə cılız olaylarda səslənməsin. Onların nəfsləri və reytinq dalınca qaçmaq maraqları onun adından, hörmətindən üstün gəldi. Mən məhz bunu düşünüb dedim ki, oxumamış yazını dərc etməyin, ancaq onlar düşünmək marağında deyildilər. Mən bunu məhz Heydər Əliyevin ruhuna hörmətsizlik kimi qəbul etdim. Çoxları da belə düşündü. Qarnı vicdanından qabağa olan bəzi media işçilərindən soruşuram, bu yollarla qazandığınız boğazınızdan necə keçir? İkiüzlülük, reytinq xətrinə qazanc əldə edib, böhtan yazaraq ailəni dolandırmaq yeganə yoldur?!”

"İstəmirdim onun adı belə cılız olaylarda səslənsin"

İnterpress.az