PKK-nın “qara qutusu” öldübackend

PKK-nın “qara qutusu” öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 20 il axtarışda olan, Rusiyada saxta pasportla yaşayan Mecit Gümüşün koordinatları MİT-in Rusiya Gizli Xidmətinə verilmişdi.
14 iyul 2011-ci ildə Türkiyənin diplomatik danışıqlarının səyi nəticəsində Rusiya höküməti “qara qutunu” geri təhvil vermişdi.
Diyarbakır 6-cı Ağır Ceza Məhkəməsində mühakimə olunan Gümüş, 22 il 6 ay həbs cəzasına məhkum edilmişdi.
Ağciyər və tənəffüs çatmazlığı xəstəliyi diaqnozu ilə terroristə həbsxana şəraitində qalmasının uyğun olmadığı haqqında raport veriləndən sonra müalicə ola bilməsi üçün azad edildi. Ancaq Gümüş, müalicə olmaq yerinə yenidən PKK –da fəaliyyətini davam etdi.
3 ay əvvəl isə vəziyyəti daha da pisləşdi və İraqın Süleymaniyyə şəhərindəki xəstəxanaya yerləşdirildi.
Terrorist Gümüş, öz vəsiyyəti üzərinə Kandil dağında terroristlərin də qatıldığı mərasimdə torpağa verildi.

İnterpress.az