Qəzada ana və oğul öldübackend

Qəzada ana və oğul öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi “MTZ-80” markalı traktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini – anası Raya hadisə yerində ölüb.

Avqustun 28-də isə Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

İnterpress.az