Astara və Lənkəran sakinlərindən narkotik vasitə götürülübbackend

Astara və Lənkəran sakinlərindən narkotik vasitə götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini Saleh Nəsirovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 8 kiloqram 700 qram olan 113 ədəd çətənə kolu və 4 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Girdəni kənd sakini Ehtibam Nəcəfovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə gizlətdiyi 1 kiloqram 960 qram marixuana aşkarlanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

İnterpress.az