Şimali Koreyanın təhsil nazirinin müavini edam edilibbackend

Şimali Koreyanın təhsil nazirinin müavini edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Çon Çjun Hi deyib.

Onun sözlərinə görə, daxili məsələlərə cavabdeh olan Kim Yon Çola “inqilabi addımlar”ın atılmasına dair tapşırıqlar verilmişdi. Çon Çjun Hi təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl iki məmur KXDR lideri Kim Çen Inın şəxsi əmri ilə iriçaplı zenit-top qurğusundan atəş açılmaqla edam olunub.

İnterpress.az