AZAL-dan endirim kampaniyasıbackend

AZAL-dan endirim kampaniyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL-ın mətbuat xidmətindən İnterpress.az verilən məlumata görə, sentyabrın 5-dən 30-na kimi hər iki istiqamətə aviabilet alan sərnişinlərə 20% endirim tətbiq ediləcək.

Endirimlər Bakıdan/Bakıya – London, Milan, Berlin, Paris, Praqa və Nyu-York (uçuş dövrü: 15 sentyabr – 10 dekabr, 2016-cı il) istiqamətləri üzrə nəzərdə tutulub.

Bundan başqa, Bakı – Təl-Əviv – Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20% endirim tətbiq olunur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

İnterpress.az