“Qarabağ məsələsində sərt mövqe tutmalıyıq”- Erməni deputatıbackend

“Qarabağ məsələsində sərt mövqe tutmalıyıq”- Erməni deputatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Amasiya Torosyan jurnalistlərə açıqlamasında bildirib ki,
“Ermənistan, Azərbaycana torpağları qaytarmaq fikrində deyil, heç kim bu bardədə düşünmür. Bu barədə “danışıq” edənlər istisna olmaqla. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə görə qarşılıqlı güzəştlər ola bilər, lakin bu güzəştlər ərazilərin qaytarılması kimi hesab edilməməlidir. Biz hal-hazırda hər bir situasiyaya hazır olmalıyıq. Aprel ayında baş vermiş dörd günlük müharibə və sonrakı hadisələr onu göstərir ki, nəinki erməni tərəfi üçün, həmçinin beynalxalq ictimaiyyət üçün Azərbaycan tərəfi heç də etibarlı deyil. Bu gün bizim məqsədimiz ordu mübarizəmizi artıraraq, cəbhə xəttində güclərimizi daha da qüvvətli etməkdir.
Vyana və Sankt-Peterburq görüşlərdən sonra, məlum oldu ki, Azərbaycan tərəfi ikili mövqe ilə çıxış edir: birinci – beynəlxalq ictimaiyyətə, ikinci – daxili auditoriya üçün. Aprel müharibəsindən əvvəl, Ermənistan tərəfi hər hansı bir qarşılıqlı güzəştlərə hazır idi, lakin Azərbaycan, müharibədən sonra heç bir danışıqlara getmir. Bu şərtlər altında danışıqlar prinsipləri təbii ki, dəyişməlidir.
Erməni tərəfi daha sərt mövqe tutmalıdır. Əgər Azərbaycan muharibə ritorikasını davam edirsə, biz hər şeyə hazır olmalı və özümüzü göstərməliyik. Əlbəttdəki müharibə ən qorxulu bir variantdır, amma əgər bu məsələ dəyirmi masa ətrafında həll edilə bilmirsə bizim başqa çıxış yolumuz yoxdur. Biz Azərbaycan tərəfindən gələn bütün zərbələrə, aqressiv münasibətlərə adekvat cavab verməliyik”.

İnterpress.az