Bu gün Günəş tutulacaqbackend

Bu gün Günəş tutulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, hadisə Bakı vaxtilə saat 11:13-də başlayıb, saat 17:00-da sona çatacaq, əsasən Afrika qitəsində, Hind okeanı hövzəsində, Atlantik okeanın bir hissəsində müşahidə olunacaq. Azərbaycandan isə bu təbiət hadisəsini müşahidə etmək mümkün olmayacaq.

2016-cı ilin ilk Günəş tutulması martın 9-da baş verib.
Qeyd edək ki, 2016-cı ilin mart ayında Ay tutulması da baş verib. Növbəti ay tutulması isə sentyabrın 16-da olacaq. Hadisə Azərbaycandan da müşahidə ediləcək. (apa)

İnterpress.az