Təyyarələr havada toqquşdu: 5 ölübackend

Təyyarələr havada toqquşdu: 5 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, içində üç nəfər olan “Cessna 208 Caravan” tipli təyyarə ilə bağlantının kəsilməsinin ardından Alyaska Beynəlxalq mühafizləri bölgədə axtarışa başlayıb.

Eyni dəqiqələrdə içərisində 2 nəfərin olduğu “Piper PA-18 Super Cub” tipli təyyarə ilə də əlaqənin kəsilməsindən sonra bu təyyarələrin toqquşması ehtimalını önə çıxardı.

Toqquşan təyyarələrin qalıqları Bethel şəhərinin 100 km şimalında tapıldı. Hadisə yerində aparılan ekspertizada təyyarələrdə olan 5 nəfərin öldüyü bəlli olub.

İnterpress.az