“Bizə ciddi rəqiblər düşüb” – Qriqorçukbackend

“Bizə ciddi rəqiblər düşüb” – Qriqorçuk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcrübəli çalışdırıcı Avropa Liqasında \”Qəbələ\”nin yer aldığı qrupu dəyərləndirib:

“Bizə ciddi rəqiblər düşüb. Anlayırıq ki, onlar çox güclü və oyun tərzinə görə müxtəlifdirlər. Bütün nüanslar barədə ətraflı danışa bilmərəm. Çalışacağıq ki, bizə bəslənən ümidləri doğruldaq, ölkənin, klubun adına layiq çıxış edək\”.

Qrup rəqiblərindən olan “Maynts”ın baş məşqçisi Martin Şmidtin “Qəbələ”ni qapalı mücrüyə bənzətməsinə hörmətlə yanaşdığını deyən ukraynalı mütəxəssis “Qarabağ” barədə də fikirlərini bildirib:

“Qarabağ”la müqayisədə “Qəbələ”yə daha ciddi komandalar düşdüyünü deyənlərin fikirlərini təsdiq etmək niyyətində deyiləm. Nə qədər ki, Azərbaycanın klub reytinqi elə də yüksək olmayacaq, bizim qiymətləndirməmiz bundan fərqli olmayacaq”. (cbc sport)

İnterpress.az