Pakistanda dəhşətli terror – 10 ölü, 40 yaralıbackend

Pakistanda dəhşətli terror – 10 ölü, 40 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Geo TV-yə istinadən xəbər verir ki, Mardan şəhərində məhkəmə binası önündə 2 partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb. TV-nin məlumatına görə, partlayışları binaya daxil olmaq istəyən iki “canlı bomba” törədib. Onlardan biri məhkəmə qapısı önündə, ikincisi isə içəri daxil olmağa cəhd edərkən özünü partladıb.

Hərbçilər hadisə yerini mühasirəyə alıblar. Terrorçularla əlbir olanların ələ keçirilməsi istiqamətində əməliyyat aparılır.

İnterpress.az