YAP-dan beynəlxalq təşkilatlara referendum XƏBƏRDARLIĞIbackend

YAP-dan beynəlxalq təşkilatlara referendum XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, ölkədəseçkilər hər zaman şəffaf keçib.

“Bir sıra qurumlar var ki, seçki məsələsinə qərəzli yanaşırlar. Azərbaycandan aşağı səviyyədə keçirilən seçkilərə həmin təşkilatlar çox yüksək səviyyədə rəy verirlər. Halbuki, tamamilə ədalətsiz şəkildə mövqe nümayiş etdirirlər. Azərbaycanda keçirilmiş azad seçkilərə başqa rəy verirlər. Halbuki, Azərbaycanda hər zaman azad, demokratik, şəffaf seçkilər keçirilib”.

Siyavuş Novruzov bildirib, seçki məsələsinə qərəzli yanaşanların budəfəki fikirləri də maraqlı deyil.

“Bunun təbii olduğunu başa düşürük. Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr var. Xüsusilə, Avropa parlamentində erməni lobbisi və onun maliyyələşdirdiyi deputatlar , Avropanın ayrı-ayrı strukturlarında Azərbaycana qarşı olan qüvvələr var. Mütəmadi olaraq, Azərbaycan əleyhinə ermənilərdən pul alaraq təbliğat aparır. Azərbaycan müxalifətinin bir hissəsi ilə də əlbirdirlər.

Onsuz da, budəfəki referendumla bağlı da heç bir gözləntimiz yoxdur. Bizə onların fikirləri maraqlı deyil. Bundan başqa, qruplar var ki, müşahidə aparmaq hüququna malikdirlər. Müşahidə aparıb öz fikirlərini deyəcəklər”.

İnterpress.az