Donald Trampın  mafiya üzvləri ilə işgüzar əlaqələri üzə çıxdıbackend

Donald Trampın mafiya üzvləri ilə işgüzar əlaqələri üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, milyonçu, ABŞ prezidentliyinə namizəd kimi təsdiq edilmiş Donald Trampın, keçmiş mafiya üzvləri ilə əlaqələri olub. Bu barədə məlumatı “Wall Street” jurnalı dərc edib.
Qeyd olunur ki, 1981-ci ildə Tramp “Atlantic City” casino tikintisinə investisiya yatırmağı planlaşdırır və hesabatı Federal Bürosu (FBI) istintaq agentliyinə yollayır.
Agentlik Trampa digər investisiya obyektləri tapmaq üçün tövsiyyələr verir. Çünki azart oyunları o zaman mafiya tərəfindən nəzarət edilirdi.
Tramp etiraf edir ki, bu addım onun adına ləkə gətirə bilərdi, lakin o yenə də kazino tikintisinə start verib.
Bundan əlavə, Trampın Filadelfiyada hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan mafiya üzvlərindən biri ilə işgüzar münasibətləri ortaya çıxıb.
İşadamı keçmişdə həqiqətən də bu şəxslərlə çalışmaq məcburiyyətində olduğunu söyləyib, lakin onların hansı mənsubiyyətə qulluq etdiklərindən bixəbər olduğunu vurğulayıb.

İnterpress.az