251 çoxmərtəbəli binaya qaz verilibbackend

251 çoxmərtəbəli binaya qaz verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-avqust aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 251 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

İnterpress.az SOCAR-ın mətbuat xidmətindən məlumat ına əsasən xəbər verir ki, həmin binalarda ümumilikdə 8 205 ailə yaşayır.

“Azəriqaz” İB elan edib ki, təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

İnterpress.az