Putindən son addım: rayonların qaytarılacağı vaxt açıqlandıbackend

Putindən son addım: rayonların qaytarılacağı vaxt açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lragir” saytında yayımlanan Naira Ayrumyanın müəllifi olduğu məqalədə deyilir ki, aprel müharibəsindən sonra keçirilən Vyana görüşündə təmas xəttində nəzarət mexanizminin yaradılması gündəmə gəldi: “Həmin görüşün detalları məlum deyil. Amma görünür, Qərb mexanizmin qurulmasında israr edir Buna qarşı çıxan Rusiya isə mexanizmlərin yeni sərhədlər yaradıldandan sonra qurulmasını təklif edir”.

Müəllif yazır ki, yeni sərhədlər rayonların qaytarılmasından sonra yaradılacaq: “Hansı ki, planda 5, yaxud 2 rayonun qaytarılması var. İrəvandakı qiyama qədər Moskva rayonların qaytarılması məsələsini sona çatdıracaqdı. Lakin gözlənilməz olan bu hadisələr prosesi təxirə saldı. İndi Rusiya prosesi yenidən canlandırır”.

Məqalədə bildirilir ki, Qarabağ münaqişəsinin həlli düz xəttə çıxıb. “Rusiya Ermənistanı güzəştə məcbur etmək üçün son cəhdlərini edir. Sentyabrın 8-də Moskvada baş tutacaq görüş də bu cəhdlərdəndir”, – deyə müəllif qeyd edib. (qaynarinfo.az)

İnterpress.az