Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olubbackend

Türkiyədə terrorçularla toqquşmalarda 6 əsgər şəhid olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.
Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində qarşıdurmanın davam etdiyi bildirilir.

Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda 2 əsgər ölüb.
Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.

İnterpress.az