Bakıda dəhşətli qəza baş verdi – 3 nəfər öldübackend

Bakıda dəhşətli qəza baş verdi – 3 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yük maşınlarının toqquşması nəticəsində, \”QazEL\”in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu – 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. \”QazEL\”in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu \”KamAZ\” yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn \”QazEL\” həmin yük maşınına çırpılıb. \”KamAZ\”dakı kubiklər \”QazEL\”in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Əməliyyat saat 04:51-də başa çatıb. (lent.az)

İnterpress.az