13 yaşadək uşaqlarda xərçəng xəstəliyi artıbbackend

13 yaşadək uşaqlarda xərçəng xəstəliyi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən xəbər verir ki, 2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub.
Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub.

2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Ötən il bu diaqnozun qoyulduğu uşaqların 66-sı oğlan, 47-si qız olub.
Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb.
2014-cü ildə əhalinin hər 100 000 nəfərinin 101,4 nəfərinə, 2015-ci ildə isə 106,9 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

İnterpress.az