Şəkidə ikimərtəbəli evlərdə yanğın olubbackend

Şəkidə ikimərtəbəli evlərdə yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.​ Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az